Rusiya qüvvələri Ukraynanın daha bir şəhərinə daxil olub, küçə döyüşləri gedir
Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub.
Demedia.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday feysbukda yazıb.
Onun sözlərinə görə, hazırda şəhərdə küçə döyüşləri gedir, evakuasiya mümkün deyil.
Qeyd edək ki, Kreminna şəhərinin əhalisi 18 417 nəfərdir. Şəhər hələ 2014-cü ildə alovlanan Ukrayna-Rusiya münaqişəsində döyüş arenasına çevrilib. Həmin dövrdə gedən şiddətli döyüşlərə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri şəhəri nəzarət altında saxlaya bilib. Cari ilin mart ayında Rusiya qüvvələrinin Ukraynaya hücumunu dəstəkləyən şəhər meri küçədə ölü tapılıb. Həmin gün Rusiya qoşunları Kreminnayanın 15 km yaxınlığında idilər.