Qırmızı dənizdə tanker raketlə vurulub



 21:00 18.05.2024     217

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib.

Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib.

Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərinin 75 dəniz mili şimal-qərbində, Qırmızı dənizdə gəmiyə naməlum şəxslərin hücumu barədə məlumat verib. Kapitanın verdiyi məlumata görə, gəmi naməlum obyektlə toqquşduqdan sonra müəyyən ziyan görsə də, təyinat limanına doğru yoluna davam edir.

Hadisə ilə bağlı əlavə təfərrüat verilməyib.(oxu.az)