Ərdoğan məşhurlarla iftar yeməyində nə istədi?



 18:24 18.04.2022     1052

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin mədəniyyət xadimləri ilə iftar yeməyində görüşüb.

Demedia.az yazır ki, gecədə bir çox tanınmış sənətçi iştirak edib. Dolmabahçe Sarayında baş tutan yeməkdə Orhan Gencebay, Bülent Ersoy, Hülya Avşar kimi simalar yer alıb.

Gencebay görüşdən sonra açıqlama verib, o deyib ki, bu tədbirdən məmnun qalıb, uzun zamandır görmədiyi dostları ilə bir araya gəlib.

Qonaqlar sırasında yer alan Demet Akalın isə Prezidentdən gecə 12-dən sonra restoranlarda musiqi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını istəyib.

Hülay Avşar da tədbirlə bağlı danışıb.

“Prezidentin iftar yeməyinə getmək zövq verir. Siyasətdən, qalmaqaldan uzaq, hər kəsin bir-birinə gözəl baxdığı mühit olur”, - deyə, Hülya bildirib.

 Tanınmış rejissor Birol Güven təəssüratlarını belə dilə gətirib:

“Başqanımız hər kəslə bir-bir maraqlanıb, işləri ilə bağlı suallar verdi. Hamının fəaliyyətindən məlumatlı idi. Düzü, bu məni təəccübləndirdi. Çünki o, çox məşğul insandır. Bizimlə seriallar və filmlərlə bağlı danışdı. Bəzi dostlarımızdan siqaret çəkməmələrini istədi”.

Müğənni Şükriye Tutkunun açıqlaması isə xüsusilə diqqət çəkib.

“İftarını bir neçə loxma ilə açıb, namazdan sonra yorulmadan masalarımıza baş çəkən, bizimlə maraqlanan Prezident Rəcəb Tayyib Ərdoğan. Boş yerə deməmişəm ki, kaş atam olardı. Böyük adam”, - deyə Tutkun vurğulayıb.