"Buçadan gələn görüntülər danışıqlara kölgə salıb" - Ərdoğan



 09:12 19.04.2022     953

Türkiyə iki qonşusu arasında başlayan müharibəyə son qoymaq üçün intensiv diplomatik səylər göstərib.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, heyətlərin İstanbul görüşündə konkret addımlara nail olunub.

“Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. İki liderin xüsusilə Türkiyədə görüşməsini arzuladığımı bildirirəm”,- deyə Ərdoğan  bildirib.

Türkiyə lideri vurğulayıb ki, Buça və İrpindən gələn görüntülər, Kramatorskda mülki insanların hədəfə alınması atılan addımlara kölgə salıb.

“İnanıram ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti, dialoq yolu ilə problemin həlli tapıla bilər” – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Ukraynadakı vəziyyət Türkiyənin Avropa İttifaqı üçün əhəmiyyətini göstərdi.