Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib



 16:53 22.05.2024     307

Venesiya Komissiyasının platformasından peşəkar mühakimə yerinə qərəzli siyasi qiymətlər vermək üçün istifadə edilib ki, bu da komissiyanın imicinə xələl gətirir.

Demedia.az Report-a istinadən xəbər verir ki, bunu "Gürcü arzusu" partiyasından olan millət vəkili Salome Kurasbediani keçirilən brifinqdə bildirib.

“Venesiya Komissiyasının rəyi bir daha təsdiq etdi ki, qanuna qarşı heç bir hüquqi arqument yoxdur. "Gürcü arzusu”nda Venesiya Komissiyasının qiymətləndirməsi ziddiyyətli qəbul olunub. Burada faktların bir sıra kobud təhriflərinə rast gəlirik", - deputat qeyd edib.

O əlavə edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoyması məsələsi növbəti sessiya həftəsində müzakirəyə çıxarılacaq.