“Gürcü arzusu” ABŞ-nin ultimatumuna cavab verib



 17:12 22.05.2024     272

Gürcüstanın hakim partiyası ABŞ konqresmeni Co Uilsonun qanunvericilik təşəbbüsünü şantaj adlandırıb.

Demedia.az Report-a istinadən xəbər verir ki, "Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

"Onlar deyir ki, ABŞ Gürcüstan "xarici agentlər haqqında" qanunu ləğv etməsə, viza rejimi və güzəştli ticarətin ləğvi imkanlarını nəzərdən keçirəcək. Vaşinqton gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər. 2020-ci ildən bəri qərbyönlü QHT-lərin iki dəfə inqilab etməyə cəhd etdiyini xatırlatmaq istəyirəm. Bu qanun ticarət obyekti deyil, Gürcüstanın satılması mümkün olmayan suverenliyini qorumaq vasitəsidir”, - katib bildirib.