Moskva vilayətində baş verən yanğın zamanı 6 nəfər ölüb



 14:20 23.05.2024     381

Rusiyanın Moskva vilayətinin İstra rayonunda yerləşən bağçılıq qeyri-kommersiya cəmiyyətində (SNT) baş verən yanğın nəticəsində 6 nəfər ölüb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi 80 kvadrat metr olub: "Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb".