Rusiya Donetsk və Luqanskı tam ələ keçirmək üçün HƏRƏKƏTƏ KEÇDİ



 11:57 19.04.2022     269

“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək, eləcə də Krıma quru yoluna tam nəzarətə almaq cəhdlərini davam etdirir”.

Demedia.az report-a istinadla xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya ordusu Ukraynanın bütün mülki öbyektlərinə raket və aviasiya zərbələri endirir:

“Ötən sutka ölkənin qərb regionlarındakı mülki obyektlərinin raket və aviasiya zərbələrinə məruz qalması artıb”.

Bildirilib ki, Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində “S-400” və “S-300” zenitk-raket kompleksinin diviziyalarını yerləşdirib. Məlumata görə, Rusiya hərbçiləri Siver Donets çayının sol sahilində İzyum, Donetsk və Tavriya vilayətləri istiqamətlərində bütün cəbhəboyu hücum fəallığını artırıb: “Düşmənin əsas hədəfi Luqansk və Donetsk vilayətlərində qoşunlarımızın müdafiəsini yarmaqdır. Rusiya Qara dəniz donanması 126-cı sahil mühafizə briqadası şəxsi heyətinin 75 faizini itirib. Qara dəniz donanması 810-cu əlahiddə briqadasının 158 hərbçisi öldürülüb, 500 yaralanıb, 70-i itkin sayılır”.

Məlumata görə, son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alıb: “Onların 10 tankı, 18 zirehli texnikası, 8 avtotmobil texnikası, 1 artilleriya sistemi, bir minaatanı məhv edilib”.