Zelenski: "Rusiyanın raket zərbələri strateji axmaqlıqdır" - VİDEO
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın raket zərbələrini strateji axmaqlıq adlandırıb.
Demedia.az xəbər verir ki, ölkə başçısı bu barədə xalqa videomüraciətində bildirib.
"Rusiya ordusu Ukraynaya qarşı raketlərdən istifadə sürətini azaltmır. Baxmayaraq ki, Rusiya artıq başa düşməli idi ki, hətta mövcud sanksiyalar şəraitində raket ehtiyatını bərpa etmək onun üçün çətin olacaq."
Onun sözlərinə görə, daha da sərt sanksiyalar tətbiq edildikdə, Rusiyanın raket potensialının bərpası qeyri-real olacaq.
"Sanksiyalar çərçivəsində yeni artilleriya, təyyarələr, helikopterlər, kreyserlər istehsal etmək Rusiya üçün böyük vəzifə olacaq. Raket zərbələrinin heç biri Rusiya üçün vəziyyəti kökündən dəyişməyib. Əgər onların hamısını birlikdə qiymətləndirsək, nəticə belə olacaq - bu, belədir - strateji axmaqlıqdır." - deyə Zelenski bildirib.