Makronun “açıq-saçıq” fotosu gündəm oldu - FOTO



 13:39 19.04.2022     174

Aprelin 24-də Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Emmanuel Makron və Marin Le Pen təbliğat kampaniyalarını tam sürətlə davam etdirirlər.

Demedia.az “Haber Global”a istinadən xəbər verir ki, son rəy sorğularına görə, Makron Le Peni az fərqlə qabaqlayır.

Diqqətini daha az səs topladığı bölgələrdə cəmləşdirən 44 yaşlı Makronun həftəsonu çəkdirdiyi foto ölkədə müzakirələrə səbəb olub.

Seçki kampaniyasının gedişində dincələn zaman çəkilən fotoda Fransa liderinin köynəyinin yuxarı düymələri açıq qalıb. Prezidentin rəsmi fotoqrafı tərəfindən çəkilmiş fotoşəkillərdə Makronun sinəsi görünür ki, bu da sosial mediada birmənalı qarşılanmayıb.

Siyasi analitiklərin fikrincə, dövlət başçısının bu obrazı gənc seçicilər arasında Le Penə dəstəyin artması ilə bağlıdır.