Paşinyan Rusiya hərbi bazasını Gümrüdən çıxarmaq istəyir



 14:29 19.04.2022     133

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini saxlamaq üçün Rusiyaya qarşı siyasət yürüdür.

Demedia.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Andranik Tevanyan deyib.

O, baş naziri Ankara və Bakı ilə ortaq hərəkət etməkdə, Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə ziyan vurmaqda ittiham edib.

“Nikol Paşinyan Rusiya sülhməramlılarını sıxışdırıb çıxararaq Qarabağı Azərbaycana verməyə çalışır. Onun məqsədi onların orada mövcudluğunu mənasız etmək və gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasını təmin etməkdir”, - Tevanyan deyib.