HƏMAS İsraillə danışıqlardan imtina edib



 13:45 26.05.2024     342

Fələstinin HƏMAS hərəkatının nümayəndəsi bildirib ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları davam etdirənədək girovlarla bağlı danışıqlara qayıtmayacaq.

Demedia.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"HƏMAS sözçüsü nikbinliyi dağıdıb və İsrail Qəzza zolağında müharibəni davam etdirərkən hərəkatın girov müqaviləsi ilə bağlı danışıqları davam etdirməyəcəyini söyləyib", - agentlik bildirib.

"Reuters" isə xəbər verib ki, HƏMAS-la Qəzza zolağında saxlanılan israilli girovlarının azad edilməsi ilə bağlı danışıqlar gələn həftə başlamalıdır. Bu barədə qərar İsrailin "Mossad" kəşfiyyatının rəhbəri David Barneanın ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Cassim Al Tani ilə görüşündən sonra qəbul edilib.

İsrailin Hərbi Kabineti 2023-cü ilin oktyabrında HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin İsrail həbsxanalarındakı fələstinli məhbuslara dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı tapşırıb.