Putin Özbəkistana getdi



 19:53 26.05.2024     367

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndi ikigünlük səfərə gəlib.

Demedia.az xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.

Əsas proqram sabaha nəzərdə tutulub. Hər iki dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.