İsrailin mərkəzi raket hücumuna məruz qaldı



 20:47 26.05.2024     335

Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket atılıb.

Demedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirib.

Raketlərin bir hissəsinin ələ keçirildiyini bildirən İsrail hərbçiləri, hücum sonucunda heç bir itki olmadığını açıqlayıb.

“The Times of Israel” qeyd edib ki, bu, son dörd ayda Rəfahdan İsrailin mərkəzinə ilk raket hücumudur.