Ukrayna XİN rəhbəri Bolqarıstana getdi
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.
Demedia.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində məlumat yayıb.
“Prezident Zelenskinin tapşırığı ilə Ukraynada sülhə nail olmaq üçün Bolqarıstan rəhbərliyi ilə görüşmək məqsədilə Sofiyaya gəldim. Bolqarıstan bizim dostumuz və tərəfdaşımızdır. Biz də bu çətin zamanda bolqar xalqının dəstəyini hiss edirik", - deyə Kuleba yazıb.
Qeyd edək ki, Avropa İttifaqının təsdiq etdiyi sanksiyalar çərçivəsində aprelin 16-dan Rusiya bayrağı altında gəmilərin Bolqarıstan limanlarına girişi qadağan edilib.