Rusiyalı qadın turist hoteldə ölü tapıldı
Türkiyənin Antalya vilayətində rusiyalı qadın hotel otağında ölü tapılıb.
Demedia.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb.
Alanyanın Karqıcak rayonundakı hotel işçiləri 39 yaşlı Aleksandra Teplyakovanın uzun müddətdir otağından çıxmadığını biləndə narahat olublar. Onlar qapını açıb içəri daxil olanda qadının hərəkətsiz olduğunu görüblər.
Ölən turistin meyiti məhkəmə-tibb ekspertizası üçün Antalyaya göndərilib. Hazırda yoxlama aparılır.