Rusiya MN: Ukraynanın 1260 hərbi obyekti məhv edilib
Rusiyanın raket və artilleriya qoşunları ötən gecə Ukraynanın 1260 hərbi obyektini vurub.
Demedia.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Raket və artilleriya qoşunları 1260 hərbi hədəfə zərbə endirib. Onlar arasında Nikolaev və Kirovsk yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələrinin 25 komanda məntəqəsi, Voskresensk və Nikolayev rayonlarında iki raket və artilleriya silahı anbarı, Qulyai Pole və Nikolaevka İkinci rayonlarında iki Buk- M1 zenit-raket qurğuları, eləcə də düşmənin canlı qüvvəsinin cəmləşdiyi 1214 ərazi var",-Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov ötən gecə ərzində Rusiya Hərbi Kosmik Qüvvələrinin Ukraynanın 60 hərbi obyektinə zərbə endirdiyini də söyləyib. Onun sözlərinə görə, endirilən zərbələr nəticəsində Ukrayna qoşunlarının 3 idarəetmə məntəqəsi sıradan çıxarılıb: "Bundan başqa, hava əsaslı yüksək dəqiqlikli raketlərlə Ukrayna qoşunlarının 13 dayaq məntəqəsi, həmçinin Slavyansk, Barvenkovo və Popasnaya yaşayış məntəqələrində düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib".