ABŞ-da rəzalət: Qaradərili şəxsləri bu səbəbdən təyyarədən düşürdülər
Üç qaradərili adam “American Airlines”-i irqi ayrı-seçkiliyə görə məhkəməyə veriblər. Səbəb başqa bir sərnişinin bədən qoxusu ilə bağlı şikayətindən sonra onların təyyarədən çıxarılması olub.
Demedia.az xəbər verir ki, bir-birini tanımayan qaradərili şəxslər yanvarın 5-də Arizona ştatının Feniks şəhərindən Nyu Yorka uçurmuşlar. Amma onların hamısını təyyarədən çıxarıblar.
Onlar birgə bəyanatda “Amerika Hava Yolları bizi qaradərili olmaqda günahlandırdı, utandırdı və alçaltdı” deyiblər.
Texasda yerləşən hava yolu şirkəti məsələni araşdırdığını bildirib.