Putin təsdiqlədi: Bu qədər pul Türkiyəyə bağışlandı



 11:20 30.05.2024     149

Xəbər verdiyimiz kimi, Rusiya Türkiyəyə jest olaraq ötən həftə Dövlət Dumasında 17 milyon dollarlıq borcun silinməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Demedia.az “Sputnik”ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu layihənin təsdiqi haqqında qanunu imzalayıb.

Putinin imzaladığı sənədə əsasən, 2017-ci ildə Rusiyadan 726 milyon dollar ixrac krediti alan və sanksiyalara görə bir hissəsini ödəyə bilməyən Türkiyə qalan borc üçün cəzadan azad ediləcək.

Rusiya maliyyə nazirinin müavini Aleksey Sazonov Türkiyənin 2022-ci ilə qədər öhdəliklərini tam yerinə yetirdiyini deyib. O bildirib ki, Qərbin sanksiyalarından sonra Ankara özündən asılı olmayan səbəblərə görə 2022 və 2023-cü illərdə 111 milyon dollarlıq ödənişi həyata keçirə bilməyib.

Rusiya nümayəndəsi Vyaçeslav Nikonov cərimə məbləğinin ikitərəfli ticarət həcmi ilə müqayisə edilə bilməyəcək qədər az olduğunu vurğulayaraq, qərarın dostluq və iqtisadi əməkdaşlığın göstəricisi olduğunu bildirib.