Rusiya 2 ölkənin diplomatlarını ölkədən çıxarır
Rusiya Xarici İşlər Nazirliyi Hollandiyanın Moskvadakı səfirliyinin 14 əməkdaşının və Sankt-Peterburqdakı Baş Konsulluğun işçilərinin ölkədən çıxarıldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, nazirliyin məlumatına görə, onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər. Bir neçə Belçika diplomatı da arzuolunmaz elan edilib, onlar mayın 3-dək Rusiyadan çıxmalıdır. Deportasiya edilənlərin dəqiq sayı hələlik məlum deyil.
Martın 29-da Belçika 21 rus diplomatını ölkədən çıxarıb. Hollandiya həmin gün 17 rus diplomatını persona non qrata elan edib. Diplomatların qovulması Rusiya və Ukrayna arasında hərbi münaqişənin inkişafına cavab kimi qiymətləndirilir.