Almaniya Çinin rəqabət təzyiqinə tab gətirə bilmir: Şirkətlər iflas edir



 16:30 08.06.2024     188

Rəsmi məlumatlara görə, ötən il Almaniyada 176 min müəssisə bağlanıb. Bu daha çox istehsal və tikinti sektorlarına təsir edib.

Demedia.az  xəbər verir ki, Almaniyada bağlanan müəssisələrin sayı 2020-ci ildən artmaqdadır. 2022-ci illə müqayisədə bu rəqəm 2,3% artıb.

Leybnits adına Avropa İqtisadi Araşdırmalar Mərkəzinin ekspertlərinin fikrincə, bu tendensiya Almaniya iqtisadiyyatının bütün sektorlarına aiddir.

“Müəssisələrin bağlanmasının əsas səbəbi şirkətin artıq iqtisadi cəhətdən səmərəli olmamasıdır. Yüksək enerji qiymətləri, Çin kimi ölkələrdən güclü rəqabət təzyiqi və ixtisaslı işçi çatışmazlığı gələcək işi təhdid edir" deyə, Tədqiqat Məlumatları Mərkəzinin rəhbəri Sandra Gottschalk deyib.

"Creditreform" iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Patrick-Ludwig Hantzsch qeyd edib ki, Almaniya iqtisadiyyatı “bir çox kiçik şirkətlərin və yüksək ixtisaslaşmış müəssisələrin sakit ölümü” yaşayır.

“İndi şirkətləri xaricə və ya iflasa sövq etməyəcək çərçivə şərtlərinə ehtiyacımız var. Konkret olaraq bu, bürokratik oyunlara, həddindən artıq yüksək vergi və rüsumlara son qoyulması deməkdir. Gəlin, KOM-ların yenidən böyüməsinə və çiçəklənməsinə kömək edən rəqabətqabiliyyətli enerji qiymətləri təyin edək” deyə , o qeyd edib.