"Sərhədsiz Reportyorlar"ın rəhbəri vəfat etdi
"Sərhədsiz Reportyorlar" qeyri-hökumət təşkilatının baş katibi Kristof Deluar 53 yaşında Parisdə vəfat edib.
Demedia.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir .
Qeyd edilir ki, Deluar xərçənglə mübarizə aparırdı.
""Sərhədsiz Reportyorlar" təşkilatı onun həyat yoldaşı Perrinə, oğlu Natana, valideynlərinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir", - bəyanatda deyilir.
Deluar 2012-ci ildən təşkilatın baş katibi vəzifəsində çalışır. 2015-ci ilin mayında o, BMT Təhlükəsizlik Şurasında jurnalistlərin müdafiəsi ilə bağlı qətnamənin qəbulu ilə bağlı çıxış edib. Onun rəhbərliyi altında "Sərhədsiz Reportyorlar" təşkilatı Rio-de-Janeyro, London, Taypey və Dakarda ofislərini açıb.