SON DƏQİQƏ! Türkiyədə terror aktı törədildi: Ölü və yaralılar var



 12:15 20.04.2022     1058

Türkiyənin Bursa şəhərində həbsxana gözətçilərinin olduğu avtobusa hücum edilib.

Demedia.az Trthaber-ə istinadən xəbər verir ki, yola yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsindəm 1 nəfər həlak olub. 4 nəfər yaralanıb. Daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, partlayıcı qurğu uzaqdan idarə olunan cihazla işə salınıb.

Hadisəni törədən silahlının saxlanılması üçün axtarışlar davam edir. Yerli mənbələr hadisəni terror aktı kimi qələmə verir.