BMT-də TARİXİ DƏYİŞİKLİK: Rusiyanın "veto oyunu"na son qoyulur



 14:28 20.04.2022     311

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququ barədə dəyişiklik gündəmə gəlib.

Demedia.az xəbər verir ki, Lixtenşteyn tərəfindən təklif edilən layihəyə əsasən 5 daimi üzvdən biri veto hüququndan istifadə edərsə, həmin ölkə 10 gün ərzində qərarını əsaslandırmalıdır. Məlumata görə, layihəni şuranın daimi üzvü ABŞ başda olmaqla 50 ölkə, o cümlədən Təhlükəsizlik Şurasına daimi üz olmaq istəyən Almaniya və Yaponiya da dəstəkləyib.

Təhlükəsizlik Şurasının digər 4 daimi üzvü - Böyük Britaniya, Fransa, Çin və Rusiya hələlik layihəyə münasibət bildirməyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild qanun layihəsinə dəstək verdiyini ifadə edərək, Rusiyanın son 20 ildə veto hüququndan biabırçı şəkildə istifadə etdiyinə etirazını bildirib.