KİV: ABŞ və Səudiyyə Ərəbistanı strateji sazişin imzalanmasına yaxındır



 16:02 10.06.2024     248

ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktının imzalanmasına yaxındır.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti rəsmilərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, diplomatik səylərin uğuru İsrailin Fələstin dövlətinin yaradılmasına sadiqliyindən və Qəzza zolağında müharibənin dayandırılmasından asılıdır, baxmayaraq ki, münaqişəyə son qoyulması ilkin şərt deyil.

Nəşr qeyd edib ki, müdafiə sazişi Səudiyyə Ərəbistanının regional mövqeyini artıracaq və ABŞ-nin Yaxın Şərqdəki hərbi rolunu gücləndirəcək.