Ali Koçla Aziz Yıldırımın debatı rekord qırdı
İyunun 8-də “Fənərbaxça”nın prezidenti Ali Koçla sabiq prezident Aziz Yıldırımın “Habertürk”də canlı debatı izlənmə rekordu qırıb.
Demedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial media paylaşımlarına görə reytinq aparan “Somera” məlumat yayıb.
Bildirilib ki, proqram böyük marağa səbəb olub və 55,89 % reytinq toplayıb.
Qeyd edək ki, ötən gün “Fənərbaxça”nın prezidenti postuna seçkilər keçirilib. Post uğrunda iki namizəd - Ali Koç və Aziz Yıldırım mübarizə aparıb. Klubun son rəhbəri Ali Koç yenidən bu posta seçilib. O, daha 3 il müddətinə İstanbul təmsilçisinin prezidenti olacaq.