Ukrayna uğrunda həlledici döyüş başladı
Donbasdakı döyüş Ukrayna üçün həlledicidir. Və bu döyüş artıq başlayıb.
Demedia.az xəbər verir ki, bunu Ukrayna MN-in sözçüsü Aleksandr Motuzyanik deyib.
“Son bir neçə gün ərzində rus ordusu Şərq əməliyyat zonasında hücumu əhəmiyyətli dərəcədə gücləndirib, raket və artilleriya hücumlarının sayını artırıb. Ona görə də indi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb. Əslində, Rusiya ordusunun Ukraynanın şərqinə geniş hücumu gec-tez baş tutmalı idi. Şərqdəki şəhərlərimiz bu gün cəsarətlə müdafiəni saxlayan, bütün ərazilərimizin işğal edilməsi planını pozan böyük və kiçik qalalardır. Ona görə də Donbasdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür”, - o bildirib.