Rusiya və Misir Aralıq dənizində təlimlər keçirəcək



 21:42 15.06.2024     293

Rusiyanın Sakit okean donanmasının döyüş gəmiləri Aralıq dənizində Misir Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirəcək.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, təlimlər PASSEX formatında - birgə manevr, əlaqə hazırlığı elementlərinin işlənib hazırlanması ilə keçiriləcək.