Mariupol şəhəri İŞĞAL OLUNDU
Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib.
Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:
“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.
Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin “Azovstal”a hücumu məqsədəuyğun saymadığını bildirib. O, bu sənaye zonasını mühasirə saxlamaq tapşırığını verib:
“Elə edin ki, ora milçək belə uça bilməsin”.
Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.