Türk ordusundan UĞURLU ƏMƏLİYYAT: Terrorçular məhv edildi



 19:14 21.04.2022     685

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimek” əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını dağıtmağa davam edir. İraqın şimalında antiterror əməliyyatına dəstək vasitələrimizlə 3 PKK-çı zərərsizləşdirilib”, - Nazirlik qeyd edib.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də parlamentdəki çıxışı zamanı İraqdakı antiterror əməliyyatının məqsədinin yeni ərazilər ələ keçirmək olmadığını bildirib:

“Hədəfimiz İraqı terrorçulardan təmizləmək, eləcə də sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir”.