Mask 12-ci dəfə ata oldu



 22:59 22.06.2024     264

İlon Mask və “Neuralink” top meneceri Şivon Zilisin bu ilin əvvəlində üçüncü övladı dünyaya gəlib.

Demedia.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla yazıb.

Bildirilib ki, bununla da Mask 12 uşaq atası olub.

Məlumatda xatırladılır ki, Maskın sərvəti hazırda 213,1 milyard dollardır.

Qeyd edək ki, Mask doğuşun azalmasını sivilizasiya üçün ən ciddi risklərdən biri sayır.