Ukraynanın müharibə dövründəki MALİYYƏ İTKİLƏRİ



 09:07 22.04.2022     431

Rusiyanın başladığı müharibə nəticəsində Ukraynanın itkiləri 550 milyard dollar qiymətləndirilir.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O bildirib ki, Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac duyulur.

Ukrayna lideri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dəstəyi ilə tez bir zamanda ölkənin bərpası və yenidən qurulmasına ümid etdiyini bildirib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, bu il ölkənin ÜDM-i 30-50% azala bilər. Onun sözlərinə görə, ilkin təhlillər göstərir ki, müharibə nəticəsində birbaşa və dolayı itkilər 560 milyard dolları ötür.