İsveçrənin keçmiş prezidenti Avropa Şurasının yeni Baş katibi seçilib



 13:00 26.06.2024     295

İsveçrənin keçmiş prezidenti Alen Berse Avropa Şurasının yeni Baş katibi seçilib.

Demedia.az-ın məlumatına görə, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, 52 yaşlı Berse bu postda Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək. Onun mandatı sentyabrın 18-də başlayacaq.

Xatırladaq ki, Berse 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti olub.