Polşa “Narew” müdafiə sistemləri üçün daha 960 milyon dollar ayırıb



 14:30 26.06.2024     299

Polşa hökuməti “Narew” qısa mənzilli hava hücumundan müdafiə sisteminin yaradılması üçün 3,88 milyard zloti (təxminən 960 milyon dollar) məbləğində əlavə maliyyə ayırıb.

Demedia.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun Dəftərxanasının saytında yerləşdirilən məlumatda deyilir.

"Nazirlər Şurası “PGZ Narew” konsorsiumuna daxil olan şirkətlərin əlavə kapitallaşması haqqında qərar qəbul edib", - bildirilib.

Məlumata görə, vəsait 2024-cü ildən 2030-cu ilə qədər yeddi mərhələdə ayrılacaq.