KİV: Yaponiya növbəti raket buraxılışına görə KXDR-ə etiraz edib



 18:49 26.06.2024     337

Yaponiya hökuməti Pxenyanın növbəti raket buraxılışına görə diplomatik kanallar vasitəsilə KXDR-ə kəskin etirazını bildirib.

Demedia.az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər yayıb.

Məlumata görə, Tokio etirazında KXDR-in raket buraxılışlarının Yaponiya əhalisinin təhlükəsizliyinə təhlükə yaratdığını xüsusilə vurğulayıb.

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, Şimali Koreya Yapon dənizinə doğru azı bir ballistik raket atıb. Bildirilir ki, raket təxminən 200 km uçub, maksimal uçuş hündürlüyü 100 km olub. O, Yaponiya dənizindəki Yaponiyanın iqtisadi zonasından kənarda düşüb. Yerli balıqçılara raket qalıqları aşkar edildikdə onlara yaxınlaşmamağa, müvafiq xidmətlərə məlumat vermək tövsiyə edilib.