İranda sükut günüdür
İranda prezident seçkiləri kampaniyasında sükut günüdür.
Demedia.az İran KİV-ə istinadən xəbər verir ki, bu gündən prezidentliyə namizədlərin təbliğatı başa çatıb.
İyunun 28-də İranda 14-cü prezident seçkisi keçiriləcək.
Məlumata görə, İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, Tehranın meri Əlirza Zakani, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təşhülkəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.