Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır



 15:22 27.06.2024     605

Ermənistan hesab edir ki, Türkiyə ilə diplomatik münasibətlər qurmağın vaxtıdır.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

Ermənistan tərəfi həmçinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün də sərhədi açmağa hazırdır:

“Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı razılaşmalarımız var. Düşünürəm ki, onları həyata keçirməyin vaxtı çatıb”.