Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı



 10:51 27.01.2021     173

Qırğızıstanın keçmiş Baş naziri Məhəmmədkalı Abılqaziev qanunsuz zənginləşmə şübhəsi ilə saxlanılıb.

Nexeber.az APA-ya istinadən bildirir ki, sabiq Baş nazir əvvəlcə dindirilməyə çağırılıb və sonra ona qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, Abılqazievin "Kumtor" qızıl mədəni ilə işbirliyində adı hallandırılır.

Xatırladaq ki, o, 2018-ci ildən ötən ilin iyun ayına qədər Qırğızıstan hökumətinə rəhbərlik edib. Keçən il 15 iyun tarixində könüllü olaraq istefa verib.

Parlament seçkilərindən sonra başlayan etirazlar nəticəsində əvvəlki hökumət üzzvlərinin istefasından sonra 2020-ci il oktyabr ayının ortalarında Abılqazievin respublikadan çıxması qadağan edilmişdi.