Zelenskinin qorxduğu başına gəldi: Ukraynada çevriliş...



 13:30 29.06.2024     365

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə mümkün çevrilişdən qorxur.

Demedia.az  xəbər verir ki, Ukrayna liderinin qorxusunu "Sputnik" radiosunun efirində politoloq Vasil Vakarov açıqlayıb.

Onun sözlərinə görə, radikallar eyni vaxtda həm Zelenskiyə, həm də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə təzyiq göstərirlər.

"Gələcəkdə onlar hakimiyyəti öz əllərinə almağı planlaşdırırlar. Məqsəd zabitləri, generalları, ordunun nə olduğunu anlayan, döyüşməyi bilən, lakin ideoloji cəhətdən nasizm tərəfdarı olmayan insanları vəzifədən uzaqlaşdırmaqdır. Bu, Ukraynada nasistlərin hərbçilərə qarşı ideoloji mübarizəsidir", - Vakarov bildirib.

O, Ukraynada Zelenskinin qorxduğu dövlət çevrilişinin hazırlandığını vurğulayıb.