Türkiyədə meşə yanğınlarının söndürülməsinə ordu qüvvələri cəlb edilib



 21:21 29.06.2024     367

Türkiyənin Müdafiə Nazirliyi İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək məqsədi ilə əraziyə təyyarələrini göndərib.

Bununla əlaqədar məlumat Türkiyə Silahlı Qüvvələrinin "X" səhifəsində dərc edilib.

Bildirilib ki, orduya məxsus texnika İzmir Regional Meşə Təsərrüfatı İdarəsinə kömək məqsədi ilə əraziyə cəlb edilib.