Putin yaxın gələcəkdə Avropanı... - Berbok HARAY ÇƏKDİ



 16:45 01.07.2024     411

Rusiya prezidenti Vladimir Putin Avropanın təhlükəsizliyini pozmaq niyyətindədir.

Demedia.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Annalena Berbok bölüşüb.

“Biz görürük ki, Putinin məqsədi Avropada təhlükəsizliyə meydan oxumaqdır. Rusiya yaxın gələcəkdə Avropa üçün ən böyük təhdid olacaq”, - deyə nazir bildirib.

Nazir həmçinin Kiyevə dəstəyin gücləndirilməsinə, eləcə də Avropa ərazisinin hər kvadrat santimetrinin müdafiəsinin vacibliyinə xüsusi diqqət çəkib.

Rusiya lideri isə öz növbəsində qeyd edib ki, Moskva NATO ölkələrinə hücum etməyi planlaşdırmır. Qərb bu iddialardan öz vətəndaşlarını aldatmaq və üstün mövqe saxlamaq üçün istifadə edir.