Çavuşoğlu Latın Amerika ölkələrinə səfər edəcək



 15:01 22.04.2022     857

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün 23-29 aprel tarixlərində Uruqvay, Braziliya, Ekvador, Kolumbiya, Panama və Venesuelaya səfər edəcək.

Demedia.az xəbər verir ki, bu  barədə  Türkiyə  KİV-ləri məlumat yayıb. 

Çavuşoğlunun səfəri zamanı Türkiyə-Braziliya IV Yüksək Səviyyəli Əməkdaşlıq Komissiyası və Türkiyə-Venesuela III Birgə Əməkdaşlıq Komitəsinin iclasları keçiriləcək.