Ukraynaya 13,8 milyard dollar yardım edildi



 17:00 01.07.2024     310

 

İlin birinci yarısında Ukraynaya Qərb ölkələrindən 13,8 milyard dollar dəstək verilib.

Publika.az xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub.

Açıqlamada qaynaqların əsasən Avropa Birliyi, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təmin edildiyi bildirilir. Həmçinin Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bu yana Qərb ölkələrindən 85,4 milyard dollar dəstək alındığı da vurğulanıb.

Qeyd edək ki, bu il ölkə büdcəsinin 43,5 milyard dollar kəsiri olacağı gözlənilir.