Viktor Orban 12 illik fasilədən sonra Kiyevə gedib
Macarıstanın Baş naziri Viktor Orban 2012-ci ildən sonra ilk dəfə bu gün səhər saatlarında Kiyevə gedib.
Demedia.az -ın “Ukrainskaya Pravda“ya istinadən xəbərinə görə, o, ilk olaraq ölkəsinin Ukrayna paytaxtındakı səfirliyinə baş çəkib.
Səfər zamanı Baş nazirin Prezident Vladimir Zelenski, eləcə də yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Onlar arasındakı sonuncu görüş ötən həftənin son günlərində Avropa İttifaqının Brüssel sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.