Tramp bu qərarı səbirsizliklə gözləyir: çox şey dəyişəcək



 12:30 03.07.2024     216

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin Ali Məhkəməsinin onun mühakimə olunmaqdan qismən toxunulmazlığı ilə bağlı qərarı ona qarşı təşkil edilən siyasi cadugər ovuna son qoyacaq.

Demedia.az xəbər verir ki, siyasətçinin sözlərinə görə ona qarşı bütün “haqsız ittihamlar” prezident seçkilərinə müdaxilə cəhdi olub.

“Ali Məhkəmənin qərarı ilə Co Bayden tərəfindən mənə qarşı təşkil edilən bütün cadugər ovuna son qoyulacağına inanıram”, - Tramp qeyd edib.

Bayden daha əvvəl bildirib ki. ABŞ Ali Məhkəməsinin Trampın işi ilə bağlı qərarı təhlükəli presedent yaradır və ölkədə qanunun aliliyinə xələl gətirir.