Bakıda yeznəsini bıçaqlayan 12 uşaq atasına hökm oxundu



 16:45 22.04.2022     233

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Cəfərov Fərrux Məmmədağa oğlunun məhkəməsi başa çatıb.

Demedia.az Trend-ə istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Cəfərov 1 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Lerik rayon sakini, Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı onu bıçaqlayıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilib. Fərrux Cəfərovun 12 övladı var.