Rusiya düyü ixracına qadağanın müddətini uzadıb



 20:30 06.07.2024     433

Rusiya hökuməti düyü və düyü yarmasının ixracına qadağanın müddətini dekabrın 31-dək uzadıb.

Demedia.az -ın məlumatına görə, qərar hökumətin saytında yerləşdirilib.

Sənəddə göstərilib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, Abxaziya və Cənubi Osetiyaya, eləcə də humanitar yardım və tranzit yüklərə şamil olunmayacaq qərarda məqsəd daxili bazarın sabitliyinin təmin olunmasıdır.