Paşinyandan Qarabağla bağlı ittihamlara cavab: "Sülh olmadan..."



 22:00 22.04.2022     110

Ermənistan hökümətinin bugünki iclasında baş nazir Nikol Paşinyan yenidən müxalifətin Qarabağ məsələsini onunla müzakirə etmək təklifini qəbul etməyib.

Demedia.az-ın məlumatına görə, Paşinyan bildirib ki, bu qərarı müxalifətin onu satqınçılıqda və Qarabağı təslim etməkdə ittiham etməsi bağlıdır.

Paşinyan Qarabağla bağlı ittihamlara cavab verərək deyilənləri absurd adlandırıb:

"Qarabağ əşya deyil ki, təhvil verə və ya verməyəsən. Əgər biz Qarabağı təhvil versəydik, 44 günlük müharibədən sonra Qarabağ ermənilərinin öz evlərinə qayıtmasını təmin etmək üçün on milyardlarla dram xərcləməzdik. Bundan başqa, Qarabağı təslim edən müharibədən sonra sadəcə heç nə etməzdi. Əksinə, biz Qarabağa görünməmiş sərmayələr qoyuruq. Qarabağı saxlamaq Qarabağ ermənilərini orda saxlamaq deməkdir.  Ermənistanı saxlamaq erməniləri Ermənistanda saxlamaq və gedənləri qaytarmaq deməkdir. Amma bunu sülh olmadan etmək mümkün deyil”.