Yunanıstan, Bolqarıstan və Rumıniya hərbi dəhliz yaratmaq qərarına gəlib



 17:32 11.07.2024     374

Yunanıstan, Bolqarıstan və Rumıniya razılaşdırılmış hərbi mobillik dəhlizi yaratmaq qərarına gəliblər.

Demedia.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias “X” sosial şəbəkəsində hesabında məlumat verib.

“Bolqarıstanlı və rumıniyalı həmkarlarım Atanas Zapryanov və Anqel Tılver ilə birlikdə bu gün NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində hərbi mobillik dəhlizinin (“Harmonized Military Mobility Corridor”) yaradılmasına dair Niyyət Məktubu imzalayıblar”, - o vurğulayıb.

Onun sözlərinə görə, planlaşdırılan tədbirlərin həyata keçirilməsini müzakirə etmək üçün payızda Aleksandrupolisdə (Yunanıstan) üçtərəfli görüş keçiriləcək.

Yunanıstanlı nazir qeyd edib ki, hərbi dəhliz NATO-nun şərq cinahından keçəcək.

Bu planla dörd limanın və onlarla əlaqəli infrastrukturun və şəbəkələrin inteqrasiyasını tələb edilir. Yaradılan dəhliz Saloniki və Aleksandrupolisi Bolqarıstanın Varna və Rumıniyanın Konstantsa şəhərləri ilə birləşdirəcək.

Bu sənədlə qoşunların Avropada və onun hüdudlarından kənarda bir yerdən başqa yerə hərəkət etməsi və missiyasını yerinə yetirərkən sərhəd məntəqələrini sərbəst keçə bilməsi təmin ediləcək və hazırda tələb olunan vaxtı və bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldacaq.