Ukrayna ordusu bu əraziləri AZAD ETDİ
Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib.
Demedia.az xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov sosial şəbəkədə yazıb.
“Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək düşməndən Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərini Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər”, - o bildirib.